Dünya çempionatının 1/8 finalında daha 2 görüş keçirilib. Braziliya millisi Koreya seçməsini məğlub etməkdə çətinlik çəkməyib. Sambaçılar matşın taleyini ilk hissədə həll edinlər. 7-ci dəqiqədə Vinisius Junior hesabı açıb. Az sonra Neymar penaltidən yararlanıb. Braziliyalılar hücumlarını davam etdirərək 29-cu dəqiqədə fərqi 3 topa çatdırıblar. Bu dəfə Rişarlison qapınl dəqiq nişan alıb. 36-cı dəqiqədə isə Lukas Paketa 4-cü topu koreyalılarln qapısından keçirib. İlk hissəni böyük üstünlüklə tamamlayam Braziliya yığması fasilədən sonra qapısında 1 qol görüb. 76-cı dəqiqədə Payk Senq Honun qüvvətli zərbəsi qarşısıalınmaz olub. Bu qol Koreya futbolçuları üçün yalnız təsəlli rolunu oymaylb. Yekunda Braziliya seçməsi 4:1 heaabiıə qaələbə qazanaraq 1/4 finala çıxıb.

Titenin komandasınln rəqibi yaponiya - Xorvatiya matçında meəyyənləşib. 1-ci hissənin sonuna yaxın Asiyalılar önə çıxıblar. daydzen Maeda fərqlınib. Lakin fasilədən sonra xorvatiyalılar vu qola cavab veriblər. Deyan Lovrenin ötürməsindən sonra İvan Perişiç hədəfdən yayınmayıb. 90 dəqiqə 1:1 hesabilı yekunlaşıb. Qalibu müəyyənləşdirmık üçün əlavə vaxta ehtiyac duyulub.  Lakin artırılan yrım saatda da hesab dəyişməyib. Beləliklə 1/4 finala çıxan komandanı penalti seriyası müəyyənləşdirib. Saha inamlı təsir bağışlayan xorvatiyalılar qapıçı Dominik Livakoviçin etibarlı çıxışı sayəsində 1/4 finala vəsiqəni təmin edib. Beləliklə dekabrln 9-u Xorvatiya və Braziliya seçmələri yarımfinala çıxmaq uğrunda mübarizə aparacaq.