Formula 1-in idman direktoru Ross Braun vəzifəsindən getmək qərarına gəlib. Çempionatın rəsmi saytında məqalə dərc etdirən funksioner 6 illik fəaliyyətdən sonra rəhbər vəzifədən getməyin daha məqsədəuyğun olduğunu yazıb. O, qazandıqları uğurlardan qürur duyduğu və işi üçün darıxacağını bildirib. Braun “Liberty Media”ya ilə Formula 1 arasında vasitəçilik etdiyini və Amerika şirkətinin doğru idarəçiliyndə rolu olduğunu da sözlərinə əlavə edib.
“Ferrari” isə yaxın günlərdə komandanın rəhbəri Mattia Binottonun istefaya göndərilməsi ilə bağlı məlumatı ictimaiyyətə açıqlamağa hazırlaşır. İtaliya mətbuatı artıq tərəflərin münasibətə son qoyduğunu yazsa da, bu barədə hələ heç bir rəsmi açıqlama yoxdur. Bəzi mənbələrin yazdığına görə “Ferrari” “Red Bull”un rəhbəri Kristian Hornerə bu vəzifəni təklif edib. Bununla yanaşı, komandanın icraçı direktoru Beneditto Vinyanın da bu vəzifəni tutma ehtimalı var.