Dünya çempionatında H qrupunda çıxış edən Koreya millisi Qana yığması ilə qarşılaşıb. Oyuna asiyalılar yaxşı başlasalar da, hesabı afrikalılar açıblar. 24-cü dəqiqədə Məhəmməd Salisu topu qapıdan keçirib. 10 dəqiqə sonra hesab artıb. Məhəmməd Kudus fərqlənib. ilk hissə Afrika komandasının 2:0 hesablı üstünlüyü ilə bitib. Fasilədən sonra koreyalılar əzmkarlıqları ilə diqqət çəkiblər. 58-ci dəqiqədə hesab arasındakı fərq minimuma enib. Ço Qyuson koreyalılari ümidləndirib. 3 dəqiqə sonra o, özünün 2-ci qolunu vuraraq hesabı bərabərləşdirib 2:2. 68-ci dəqiqədə Qana millisi yenidən önə keçib. Dubl edən Məhəmməd Kudus afrika təmsilçisinə 3:2 hesablı qələbə qazandırıb. Bu Qana millisinin Qətər mundialda ilk uğurudur.
Digər oyunda Portuqaliya və Uruqvay seçməlıri üz-üzə gəlib. Gərgin mübarizənin ilk hissəsində heç bir komanda fərqlənə bilmyib. Topa daha çox nəzarət edən avropaləlar fasilədən sonra önə çıxıblar. 54-cü dəqiqədə Brunu Fernandeşin cərimə meydançasına yönəltdiyi top qapıdan keçib. Bu qoldan sonra fəallaşan uruqvaylılar bir neçə epizodda hesabı bərabərləşdrməyə yaxın olsalar da, hücumlar nəticəsiz qalıb. Sona yaxın Portuqaliya yəğması rəqibi 2-ci dəfə cəzalandırıb. 2-ci hissətə artırılan 3-cü dəqiqədə Brunu Fernandeş penaltimi dəqiq yerinə yetirərək son nöqtəni qoyub. Portuqaliya - Uruqvay 2:0. Fernandu Santuşun kimandası H qrupunda 6 xalla pley-ofa vəsiqə qazanıb. Qana seçməsi hazərda 3 xalla 2-cidir. 2 görüşdən 1 xaı toplayan Koreya və Uruqvay milliləri 3-cü, 4-cü sıralardadır. Dekabrın 2-də Portuqaliya futnolçuları Koreya komandası, Qana yığçası isə Uruqvay seçməsi iıə qarşılaşacaq.