Dünya çempionatının G qrupunda yarışan Serbiya millisi Kamerun seçməsi ilə üz-üzə gəlib. Hər iki komanda ilk turda uduzduğundan matçın əhəmiyyəti böyük idi.  Amma  6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. Hesabı 29-cu dəqiqədə Jan-Şarl Kastelletto açıb. Fasilə ərəfəsində Serbiya kollektivi hesabı xeyrinə dəyişə bilib. Əvvəlcə Strahinya Pavloviç tarazlığı bərpa edib. az sonra Sergey milinkoviç saviç avropalıların 2-ci qolunu vurub. 2-ci hissə başlayan kimi Aleksandr Mitroviç hesabı 3:1 edib. Amma serbiyalılar üstünlüklərini qorruya bilməyiblər. Bu qoldan dərhal sonra meydana daxil olan Vinsent Abubakar afrikalıların qəhrəmanına çevrilib. 63-cü dəqiqədə o, kamerunlu azarkeşləri ümidləndirib. 3 dəqiqədən sonra məhz Abuabakarın ötürməsindən sonra Erik Şupo Motinq topu qapıdan keçirərək komandasını məğlubiyyətdən xilas edib. Kamerun – Serbiya 3:3.

G qrupunun digər qarşılaşmasında Braziliya millisi İsveçrə yığması ilə qarşılaşıb. “Sambaçı”ların üstünlüyü şəraitində keçən matçln 1-ci hissəsində hesab açılmayıb. Fasilədən sonra hücumlarınl gücıləndirən braziliyalılar 64-cü dəqiqədə istəklərinə çatıblar. Lakin Vinisius Juniordun fərqləndiyi hücum zamanı ofsayd aşkarlanıb. Cənubi amerikalılar inamlı çıxışlarını davam etdirərək 83-cü dəqiqədə qaydaları pozmadan İsveçrə komandasının qapısına yol tapıblar. Kazemironun gözəl zərbəsi qarşısıalınmaz olub. Qalan vaxtda hesab dəyişməyib: Braziliya -  İsveçrə 1:0. Bununla Titenin komandası xallarının sayını 6-ya çatdıraraq pley-ofa vəsiqəni təmin edib. İsveçrə yığması 3 xalla 2-ci, hərəyə 1 xal toplayan Kamerun və Serbiya kollektivləri 3-cü, 4-cü pillələrdədir. Dekabrln 2-si Kamerun -  Braziliya və Serbiya - İsveçrə matçlarə olacaq.