Dünya çempionatında F qrupunda çıxış edən Belçika millisi Mərakeş yığması ilə üz-üzə gəlib. Qarşılaşmanın aşkar favoriti belçikalılar olsalar da, mərakeş futbolçuları sürpriz edə biliblər. afrikalılar 2-ci hissədə vurduqları 2 cavabsız qolla qalib gəliblər. hesabı Abdelhəmid Sabiri açıb. Oyunun sonunda isə Zakariya Abuxlyal yekun nəticəni müəyyənləşdirib 2:0. Bu mərakeşlilərin turnirdə ilk qələbəsi, belçikalıların isə ilk məğlubiyyəti olub.
Qrupun digər matçında Xorvatiya futbolçuları sürprizə imkan verməyiblər. Hərçənd ki, görüşdə hesabı kanadalılar açıblar. Komandanın əsas ulduzu Alfonso Deyvis artıq 2-ci dəqiqədə avropalıların qapısına yol tapıb. Amma 4 il əvvəlki mundialın finalçıları əzmkarlıq nümayiş etdirərək fasiləyə kimi hesabı xeyirlərinə dəyişiblər. Əvvəlcə 36-cı dəqiqədə Andrey Kramariç tarazlığı bərpa edib. Hissənin sonunda isə Marko Livaya fərqlənib 2:1. 2-ci hissədə xorvatiyalılar daha 2 qol vurublar. Əvvəlcə Andrey Kramariç dubl edib. qarşılaşmada son nöqtəni Lovro Mayer qoyub. Xorvatiya – Kanada 4:1. 2 turdan sonra Mərakeş və Xorvatiya millisi 4 xalla qrupa başçılıq edir. Belçikalıların 3 xalı var. Ardıcıl 2-ci oyununda da uduzan kanadalılar qrupun autsayderidirlər və pley-off imkanlarını itiriblər. Son turda Kanada – Mərakeş və Xorvatiya – Belçika oyunları keçiriləcək.