Dünya çempionatından kənarda qalan milli komandalar yoldaşlıq oyunlarında qüvvəsini sınayıb. Türkiyə yığması Diyarbəkirdə Şotlandiya seçməsi ilə qarşılaşıb. Ay-ulduzlular 40-cı dəqiqədə hesabı açıblar. Ozan Kabak Hakan Çalhanoğlunun ötürməsindən sonra topu başla qapıdan keçirib. İkinci yarının əvvəlində isə Cengiz Ündər fərqi artırıb. Oyunda yekun nəticəni Con Makgin müəyyənləşdirib: Türkiyə-Şotlandiya 2-1
Pley-ofun həledici görüşündə Şimali Makedoniya seçməsinə məğlub olaraq Dünya çempionatı ilə vidalaşan İtaliya millisi səfərdə Albaniya yığması ilə üz-üzə gəlib. 16-cı dəqiqədə Ardian İsmaili meydan sahiblərini önə keçirib. Buna baxmayaraq italiyalı futbolçular dönüş edə biliblər. 20-ci dəqiqədə Covanni di Lorentso, 5 dəqiqə sonra isə Vintsentso Qrifo diqqət mərkəzinə düşüb. İkinci yarıda qonaq komandanın üstünlüyü ilə keçib.Görüşdə son dubl eən nöqtəni Vintsenzo Qrifo qoyub: Albaniya – İtaliya 1-3