Mixael Şumaxerin 2003-cü ildə dünya çempionluğunu qazandığı bolid xərracda 14,6 milyon dollara satılıb. Bu barədə “Forbes” nəşri məlumat yayıb. Bu, 7 qat dünya çempionun idarə etdiyi bolidlər arasında satılan ən dəyərli yarış avtomobili kimi tarixə düşüb. Buna qədər rekord 2017-ci ildə qeydə alınmışdı. Həmin ildə almaniyalı pilotun 2001 mövsümündə idarə etdiyi bolid 7,5 milyon dollara öz sahibini tapmışdı. Xatırladaq ki, Şumaxer 2003-cü ildə 11 yarışda mübarizə aparmış və bunların 5-də finiş xəttini birinci keçmişdi. O, rekord məbləğə satılan bolidlə Yaponiya Qran-prisində çempionluğu qazanmışdı.
Yeri gəlmişkən, Mixael Şumaxerin oğlu Mik Şumaxerin mövsümün sonunda “Haas”la müqaviləsi başa çatır. Hələ ki, heç bir komanda ona yeni müqavilə təklif etmir. Formula 1-in sabiq rəhbəri Berni Ekklsotun isə Mikin Formula 1-də gələcəyinin olmadığını bildirib: “Mən Mikin Formula 1-də qalacağını düşünmürəm. Çoxları onun uğursuz çıxışına görə təəssüflənir. İndiki vəziyyətdə biz bilmirik, problem onun özündə, yoxsa çıxış etdiyi komandadır. Amma heç kim də deyə bilməz ki, Mik favorit komandaların birində mübarizə aparmağa layiqdir. Mənə elə gəlir ki, Şumaxer artıq Formula 1-i unudub başqa seriyalı sürət yarışları haqqında fikirləşməlidir” SİTATIN SONU Xatırladaq ki, Mik Şumaxer ötən mövsümdən Formula 1-də çıxış edir. O, “Haas” komandasının heyətində keçirdiyi ilk mövsümdə 19-cu yeri tutmuşdu. Bu il isə 23 yaşlı pilot şəxsi birincilikdə 17-ci sırada qərarlaşıb.