İdman sambosu üzrə dünya çempionatında Azərbaycan komandası tam heyətlə təmsil olunacaq.Belə ki,7 çəki dərəcəsinin hamısında respublikamızın nümayəndələri xalçaya çıxacaqlar.Yüngül çəkilərdə Kənan Babayev,Elvin Bağırov və Emil Həsənov qələbə uğrunda mübarizə aparacaqlar. Onların hər biri indiyədək Avropa və dünya çempionatlarının mükafatçıları sırasında olub.
Nisbətən ağır çəki dərəcələrində isə Adil Adilzadə, Ceyhun Hüseynov, Eyvaz Nəsibli və Toğrul Salmanov yarış meydanına çıxacaqlar.Bu samboçular da ötən mövsümlərdə ən mötəbər beynəlxalq turnirlərdə fərqləniblər.Komandamız dünya çempionatına baş məşqçi Vahid Tarıverdiyevin rəhbərliyilə hazırlaşıb. Bundan başqa Azərbaycan Sambo Federasiyasının mütəxəssisi, beynəlxalq-ekstra dərəcəli hakim Cabir İsmyayılov yarışların idarə olunmasına cəlb edilib. baş-məşqçisi Vahid Tarverdiyev ölkəmizi təmsil edəcəklər.
Azərbaycan millisi yarışın favoritlərindən sayılır.Onun ən güclü rəqibləri arasında Bolqarıstan, Braziliyiya, İngiltərə, İspaniya, İtaliya, Kanada, Koreya, Konqo,Monqolustan,Amerika Birləşmiş Ştatları və başqa ölkələrin komandalarını göstərmək olar.
Dünya çempionatında qadınların və döyüş sambosu idmançılarının mübarizəsi də olacaq. Ümumən 21 dəst medal uğrunda yarışlar 3 gün davam edəcək.