Avropa Liqasının A qrupunda mübarizə aparan “Arsenal” azarkeşləri önündə “Sürix”lə qarşılaşıb. Görüş “topçular”ın minimal hesablı qələbəsilə yekunlaşıb. Yeganə qolu 17-ci dəqiqədə Kiran Tirni vurub. Beləliklə xallarını 15-ə çatdıran “Arsenal” qrup lideri kimi pley-ofa yüksəlib. Digər görüşdə PSV Norveçdə “Budyo Qlimt”dən üstün olub - 2:1. Bununla Eyndhoven klubu 13 xalla 2-ci sıradan pley-offa çıxıb. Norveç klubu Konfrans Liqasında mübarizə aparacaq.
İ qrupunda çıxış edən “Mançester Yunayted” səfərdə “Real Sosyedad”la üz-üzə gəlib. Pley-off mərhələsini daha əvvəl təmin edən manukunyanlar bu görüşə qrup liderliyi üçün çıxmışdı. Bunun üçün İngiltərə təmsilçisi 2 top fərqlə qalib gəlməli idi. Oyuna daha fəal başlayan qonaqlar 17-ci dəqiqədə istəklərinə nail olublar. Alexandro Qarnaço Kriştianu Ronaldunun ötürməsindən sonra diqqət mərkəzinə düşüb. Qarşılaşmada başqa qol vurulmayıb. Beləliklə “Real Sosyedad”la eyni sayda – 15 xal toplayan “Yunayted” qrup 2-cisi kimi pley-offa yüksəlib. 6 xalla 3-cü olan “Şerif” isə Konfrans Liqasında çıxış edəcək.