Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.
Buna səbəb Serbiya yığmasının yarışda iştirak edə bilməməsidir. Komandanın əksər üzvlərində COVİD-19 virusu aşkarlandığından Sebiya güləşçiləri paytaxtımızdakı turnirə qatılmayacaq. Beləliklə, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının mübarizə aparacağı dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək. Xatırladaq ki, turnir noyabrın 5-i və 6-da keçiriləcək.