Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur. Günün ən tez başlayan görüşləri F qrupunda olacaq. Pley-offa vəsiqəni təmin edən “Real Madrid” “Santyaqo Bernabeu”da “Seltik”lə üz-üzə gələcək. “Şaxtyor” isə “Leyptsiq”lə üz-üzə gələcək. Hazırda “Real Madrid” 10 xalla lider, “Leyptsiq” 9 xalla 2-ci, “Şaxtyor” 6 xalla 3-cüdür. 2 xala malik “Seltik”in autsyader olacağı dəqiqdir. Qeyd edək ki, “Şaxtyor” mərhələ adlamaq üçün “Leypsiq”ə qalib gəlməlidir. Qalan bütün hallarda Almaniya klubu mərhələ adlayacaq. “Real Madrid” isə qrup liderliyini risk etməmək üçün qələbə qazanmağa çalışacaq. F qrupunun görüşləri saat 21:45-də başlanır.
Digər 6 qarşılaşma isə gecəyarısı start götürəcək. E qrupunda liderliyini təmin etmiş “Çelsi” Londonda “Dinamo”nu qəbul edəcək. Zaqrebdə qələbə qazanan Xorvatiya çempionu yalnız eyni uğuru təkrarlayacağı halda Avropa Liqasında mübarizə etmək imklanı əldə edə bilər. Təbii ki, bunun üçün pararlel keçirilən qarşılaşmada “Milan” “San Siro”da “Zaltsburq”u məğlub etməlidir. Qrupda 2-ci pillədki mövqeyini qorumaq üçün İtaliya çempionuna 1 xal da bəs edir. Heç-heçə “Zaltsburq”a Avropa Lİqasının qapısını açacaq. Avstriya çempionu Çempionlar Liqaında yoluna davam etmək üçün mütləq qələbə qazanmalıdır.
H qrupunda da maraqlı vəziyyət yaranıb. Hazırda PSJ və “Benfika” 11 xalla qrupda ilk pillədədir. Fransa çempioonu daha yaxşı top fərqinə görə liderdir. “Yuventus” və “Makkabi Hayfa” isə 3 xalla son yerdədir. Turin təmsilçisi də İsrail təmsilçisini top fərqinə görə qabaqlayar. Son turda keçiriləcək “Yuventus” – PSJ və “Benfika” – “Makkabi Hayfa” qarşılaçmaları həm qrup liderini, həm də Avropa Liqasına gedəcək komandanı müəyyənləşdirəcək.