UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu görüşləri keçirilir. A qrupunda "Napoli" "Enfild"də "Liverpul"a uduzsa da, liderliyi əldən verməyib. “Qırmızılar”ın heyətində sona yaxın Məhəmməd Salah və Darvin Nunyes fərqlənib.
"Ayaks" isə səfərdə "Reyncers"i 3:1 hesabilə məğlub edib. Qonaqlardan Steven Bergeys və Məhəmməd Kudus 1-ci hissədə rəqibin qapısına yol tapıb. Fasilədən sonra komansalar hərəyə 1 qol vurub. Vaxtın bitməsinə 3 dəqiqə qalmış Ceyms Tavernye fərqi azaltsa da, az sonra Fransisko Konseysau mübarizəuə nöqtə qoyub. Beləliklə A qrupunda 15 xal toplayan komandalardan "Napoli" lider kimi, "Liverpul" 2-ci sıradan 1/8 finala yüksəlib. 6 xaıla 3-cü olan "Ayaks" Avropa liqasında şıxış edəcək.
"Portu" öz meydanında "Atletiko Madrid"i qəbul edib. Meydan sahibləri 1-ci hissədə rəqibin qapısından 2 top keçiriblər. Mehdi Taremi və Stiven Eştakiu diqqət mərkəzinə düşüb. Qalan vaxtda "Atletiko" futbolçuları çox çalışsalar da, qollardan yanlnız 1-nin əvəzini çıxa biliblər. 2-ci hissəyə artırılan 5-ci dəqiqədə "Portu"nun heyətində İvan Markano avtoqol müəllifi olub. Beləliklə Portuüaliya klubu "Atletiko"nu 2:1 hesabilə məğlub edərək 12 xalla lider kimi pley-ofa çıxıb. Dieqo Simeonenin komandası isə abrokuboklarla vidalaşıb.
B qrupunun "Bayer" - "Brügge" matçında hesab açıkmsyıb. Lider "Portu"dan 1 xaı geri qalan "Brügge" 2-ci yerdən pley-ofa vəsiqə qazanıb. 5 xalla 3-cü olan "Bayer" mübarizəni Avropa Liqasında davam etdirəcək.