17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.
Millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində Lixtenşteyn yığması ilə keçirilmiş qarşılaşmada 8:0 hesablı qələbə qazanıb. Niyazi Osmanovun dubl etdiyi oyunda millimizin digər qollarını Elton Mikayılov, Murad Məmmədov, İlkin Cəfərli, Əhməd Tarverdiyev, Əşrəf Ələkbərli və Davud Mənsumov vurublar.