17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Yığma Bosniya və Herseqovinanın Kakanj şəhərində bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupda sonuncu oyununu oktyabrın 30-da Lixtenşteyn yığmasına qarşı keçirəcək.