İngiltərə Premyer Liqasında “Arsenal”ın qələbələr seriyası bitib. Bu mövsüm yalnız “Mançester Yunayted”ə uduzan və digər oyunlarda qalib gələn London klubu ilk dəfə heç-heçə edib. Komanda səfərdə “Sauthempton”la sülh bağlayıb. 11-ci dəqiqədə Qranit Caka hesabı açsa da, qonaqlar 2-ci hissədə üstünlüklərini əldən veriblər. Stürart Armstronq “Sauthempton”u məğlubiyyətdən xilas edib - 1:1. Hazırda aktivindı 28 xal olan “Arsenal” turnir cədvəlinin zirvəsində qərarlaşıb. Komanda ən yaxın izləyicisi “Mançester Siti”ni 2 xal qabaqlayır.

23 xalla 3-cü pillədə olan “Tottenhem” isə azarkeşlərini məyus etməkdədir. Paytaxt klubu ardıcıl 2-ci oyununda da uduzub. Komanda doğma arenada “Nyukasl”la bacarmayıb. Qonaqlar fasiləyə kimi 2 qol vurublar. Kallum Vilson və  Migel Almiron fərqlənib. 2-ci hissədə Harri Keyn yerli azarkeşləri ümidləndirsə də, bu yalnız təsəlli olub. Beləliklə “Nyukasl” Londondan 2:1 hesablı qələbə ilə qayıdıb. Son 5 turda 4-cü dəfə qalib gələn komanda 21 xalla 4-cü pilləyə yüksəlib.