La Liqanın 10-cu turu Barselonada başa çatıb.
Şəhərin eyni adlı komandası “Vilyarreal”ı qəbul edib. Ötən tur “El klasiko”da uduzmaqla mövsümdə ilk məğlubiyyəti ilə üzləşən “Barsa” bu dəfə görüşün taleyini fasiləyə kimi həll edib. Qarşılaşmanın qəhrəmanı Robert Levandovski olub. Polşalı forvard 31 və 35-ci dəqiqlərdə rəqib qapısına yol tapıb. Mövsümdə 11-ci qolunu vuran levandovski bombardirlər yarışında liderliyini möhkəmləndirib. 38-ci dəqiqədə Ansu Fati də qapını dəqiq nişan alıb - 3:0. Martaqlıdır ki, ilk hissədə 3 qol vuran meydan sahibləri fasilədən sonra fərqlənə bilməyiblər. Oyun elə bu hesabla yekunlaşıb. 10 turdan sonra “Real Madrid” 28 xalla turnir cədvəlinə başçılıq edir. Əzəli rəqibindən 3 xal geri qalan “Barsa” 2-ci pillədədir. “Vilyarreal” isə 15 xalla 9-cu yerdədir.