La Liqanın 10-cu turuna Sevilyada start verilib. Şəhərin eyni adlı komandası “Valensiya”nı qıbul edib. Artıq 6-cı dəqiqədə “Valensiya”nın heyətində Edinson Kavani hesabı açıb. Ilk hissə qonaqların minimal hesablı üstünlüyü ilə bitib. 2-ci hissə daha gərgin keçib. Xüsusilə oyunun sonları dramatik alınıb. 86-cı dəqiqədə Erik Lamela Kike Salasın ötürdüyü topu qapıdan keçirməklə hesabı bərabərləşdirib. Görüşün son saniyələrində Kike Salas yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə o qırmızı vərəqə ilə cəzalandırılıb. Xose Qaya isə penaltidən fərqlənə bilməyib. Beləliklə görüş 1-1 hesabı ilə bitib.
“Atletiko Madrid” – “Rayo Valyekano” oyunu da eyni hesabla yekunlaşıb. 1-ci hissədə Alvaro Morata yerli azarkeşləri sevindirib. Amma görüşün sonunda Radamael Falkao komandasını məğlubiyyətdən xilas edib: “Atletiko” – “Rayo Valyekano” 1:1
“Xetafe” – “Atletik Bilbao” qarşılaşmaında isə 4 qol vurulsa da, bu dəfə qalib müəyyənləşməyib. 2-ci dəqiqədə İnyaki Uilyams Bilbao klubunun ilk qolunu vurub. Fasiləyə kimi Karlos Alenya tarazlığı bərpa edib. 2-ci hissədə Raul Qarsiya qonaqları hesabda önə keçirsə də, onlar üstünlüklərini qoruya bilməyiblər. Munir El-Həddadi yekun nəticəni müəyyənləşdirib: “Xetafe” – “Atletik Bilbao” 2:2