Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov Albaniyanın Dürres şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 3 qızıl medal qazanıb.
AZƏRTAC Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, yarışda 67 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yaşı 23-dək olan idmançılar arasında qüvvəsinı sınayıb.
Birdən qaldırma hərəkətində 131 kiloqram çəkinin öhdəsindən gələn atlet bütün rəqiblərini qabaqlayaraq, qızıl medala sahib çıxıb. Təkanla qaldırmada 162 kiloqramı ram edən “Qartal” klubunun təmsilçisi bu hərəkətdə də birinci yeri tutub. İ.Rüstəmov toplam 293 kiloqram (131+162) nəticə göstərərək, yekun sıralamada da hamıdan güclü olub.