Azərbaycan çempionatının 10-cu turunda “Neftçi” Gəncəyə səfər edib. Paytaxt klubu əzəli rəqiblərindən “Kəpəz”in qonağı olub. Çempionatın autsayderlərundən olan meydan sahibləri rəqibin hücümları qarşısında 17 dəqiqə tab gətirə biliblər. Emin Mahmudov yerli azarkeşləri məyus edib. 2-ci hissədə “Kəpəz”in heyətində Zamiq Əliyevin qırmızı vərəqə ilə cəzalandırılması qonalqarın işini daha da asanlaşdırıb. Qalan vaxtda Kenni Sayef fərqlərək yekun nəticəni müəyyənləşdirib - 2:0. 10 oyuna 4 xal əldə edən Gəncə klubu turnir cədvəlində yalnız Şamaxını 1 xal qabaqlayır. “Neftçi” isə 22 xalla 3-cü pillədədir.

Yarışa maksimum nəticə ilə irəliləyən “Qarabağ” başçılıq edir. Ağdam klubu ardıcıl 9-cu oyununda da qalib gəlib. Komanda “Sumqayıt”la görüşdə qapısında top görsə də, əzmkarlıq nümayiş etdirib. 56-cı dəqiqədə “Sumqayıt”ın heyətində Almir Aqanspahiç hesabı açıb. Amma qalan vaxtda meydan sahibləri 3 qol vuraraq 3 xal əldə ediblər. Əvvəlcə Ramil Şeydayev tarazlığı bərpa edib. 73-cü dəqiqədə Musa Qurbanlı “Qarabağ”ı hesabda önə keçirib. Görüşdə yekun nəticəni Ramil Şeydayev müəyyənləşdirib 3:1. Hazırda “Qarabağ” 27 xalla turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyicisi “Sabah”ı 2 xal qabaqlayır. Amma qeyd edək ki, “Qarabağ” rəqibindən 1 oyun az keçirib.