Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyunlar olub. Millimiz qrupdakı 2-ci matçında Yunanıstanda yerli komanda ilə üz-üzə gəlib. İLk turda Bakıda Polşa yığmasına qalib gələn futzalçılarımız bu dəfə səfərdə oynamalarına baxmayaraq böyükhesablı qələbə qazanıblar. Təmsilçilərimiz ilk hissədə rəqib qapısından 4 cavabsız top keçirib. Hesabı Rafael Vilela açıb. Ardınca Xətai Bağırov 2 dəfə fərqlənib. fasilə ərəfəsində Qallo da qapını dəqiq nişan alıb. 2-ci hissənin əvvəlində qallo özünün 2-ci, komandasının 5-ci qolunu vurub. Qalan vaxtda Tyaqo Bolinya və Felipinya da rəqib qapısına yol tapıblar 7:0. Beləliklə ardıcıl 2-ci qələbəsini qazanan millimiz 6 xalla qrupun lideridir. Polşa seçməsi 3 xalla 2-ci pillədədir. Hər 2 görüşdə uduzan yunanıstan kollektivi isə autsayderdir.

Oyundan sonra millimizin məşqçisi Joze Alesio qələbəni belə şərh edib: “Polşa milli ilə oyundan sonra komandadakı vəziyyəti bilirdim, ona görə də futzalçıları matça daha çox psixoloji baxımdan hazırladıq. Ardıcıl 2 qol vurduqdan sonra rəqib müdafiədən çıxmağa, əks-hücumlar qurmağa başladı. Bu da xeyrimizə işlədi. Sona 5 dəqiqə qalmış qapıçını da meydan oyunçusu ilə əvəzlədim. Hesabdakı fərqi artırmaq vacib idi. Çünki top fərqi yekunda gərəyimiz ola bilər. düşünürəm ki, Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək".

Qeyd edək ki, komandamız 3-cü turda yenidən Yunanıstan kollektivi ilə üz-üzə gələcək. Bu dəfə görüş Bakıda olacaq. Oyun gələn il martın 3-ə təyin edilib.