Beynəlxalq Adman Araşdırmaları Mərkəzi olan “Football Observatory” ölkə çempionatlarının hər liqa matçı üçün qol vəziyyəti, oyun epizodundan vurulan qollar və penaltilər üzrə reytinqini tərtib edib.
2022-ci il yanvarın 1-dən sentyabrın 26-dək ölkələrin birinci və birinci divizionlarının məlumatları nəzərə alınıb. Azərbaycan Premyer Liqası bu göstəriciyə görə 37-ci pillədədi. Premyer Liqanın hər matçında orta hesabla 10,58 qol epizodu yaradılır, 2,6 qol vurulur və bunlardan 0,22 faizi penaltidəndi. Turnir cədvəlinə Belçikanın yüksək liqası başçılıq edir (11,31; 2,77; 0,25).