"Dinamo"nun futbolçusu Mahir Emreli keçmiş klubu "Legiya"ya qarşı bütün maliyyə öhdəliklərini oyunçu ilə "Legiya" arasında qarşılıqlı razılaşma əsasında həll edib.
Bu barədə Zaqreb təmsilçisinin saytı məlumat yayıb. Bildirilib ki, bu gün "Dinamo" FİFA-dan futbolçuya intizam işi bağlı qərarın ləğvi ilə bağlı məktub alıb. Beləliklə, M.Emreli “Dinamo"da oynamağa davam etmək hüququna malikdir.