WBC versiyası üzrə superağır çəkidə dünya çempionu Tayson Fyurinin növbəti rəqibi məlum olub. Britaniya mətbuatının məlumatına görə britaniyalı boksçu dekabrın 3-də Kardiffdə həmyerlisi Derek Çizora ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş baş tutacağı halda, tərəflər 3-cü dəfə üz-üzə gələcək. İlk dəfə 2011-ci ilin iyulunda bu iki boksçu arasında təşkil edilən döyüşdə Fyuri hakimlərin yekdil rəyi ilə qalib gəlmişdi. 2014-cü ildə təşkil keçirilən ikinci döyüşdə artıq Çizora nokauta düşərək məğlub olmuşdu.

Tayson Fyuri ilə Aleksandr Usik arasında görüşün nə vaxt keçiriləcəyi haqda isə heç bir məlumat yoxdur. Halbuki, ilin sonuna qədər superağır çəkidə müxtəlif versiyalar üzrə kəmərlərə sahib olan bu iki boksçunun qarşılaşacağı gözlənilirdi. Amma Usikin meneceri Eqis Klimas bu il ukraynalı boksçunun rinqə çıxmayacağını söyləyib. Amma o Tayson Fyuridən cavab gözlədiklərini də bildirib. Klimasın sözlərinə görə bu görüş fevral ayından tez baş tutmayacaq.