FIFA Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelini cəzalandırıb.
Buna səbəb 25 yaşlı forvardın keçmiş klubu "Legiya" qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsidir. Məsələ ilə bağlı Polşa klubunun hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski tviter səhifəsində paylaşım edib. FIFA Futbol Tribunalı da Mahir Emrelinin "Legiya" 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb. Bildirilib ki, borcunu qaytaranadək onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub. Bu arada Mahirin hazırkı klubu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Mahir Emreli ilə bağlı açıqlama yayıb. Zaqreb təmsilçisi 25 yaşlı hücumçunun FIFA tərəfindən cəzalandırıldığını təsdiqləyib. Klubdan bildirilib ki, ali futbol qurumunun qərarı bu gün Xorvatiya Futbol Assosiasiyası vasitəsilə çatdırılıb. "Dinamo" rəhbərliyi bu məsələdə bitərəf olduğunu və futbolçunun bütün borcu ödənilənədək FİFA-nın diskvalifikasiya ilə bağlı qərarına riayət edəcəyini bəyan edib.