Futzal millimiz dünya çempionatının ilk seçmə mərhələsinə hazırlaşır. Komandamız əvvlcə Bakıda Polşa yığmasını qəbul edəcək, daha sonra səfərdə Yunanıstan seçməsinin qonalğı olacaq. Hazırlıq prossesinə 15 futzalçı cəlb olunb. Onlardan 7 ölkə çempionatında , qalanları isə xarici klublardan çıxış üedən futzalçılardı. Bakı İdman Sarayında məşq keçən millimizin baş məşqçisi Joze Alesio Da Silvanın qarşıdakı oyunlarda komandamızın imkanlarını dəyərləndirib:
“Polşa ilə oyun bizim üçün vacibdir. Qarşımıza ən çətin vəzifə qoyulub. Qrup mərhələsinə Polşaya qarşı görüşlə başlamaq istəməzdik. Rəqib güclü heyətə malikdir. Amma püşk belə gətirdi. Polşanın aktivində artıq 3 xal var, Yunanıstana qalib gəliblər. İntizamlı kollektivdir. Qarşıdakı iki oyundan maksimum nəticə əldə etməyə çalışacağıq”.
Braziliyalı mütəxəssis heyətlə bağlı əsas problemin futzalçıların bir yerdə hazırlaşa bilməmə olduğunu deyib: “Eduardo Borges və Ramiz Çovdarov zədəlidir. Xətai Bağırov və İsa Atayev Belçikada oynayır. Bakıya gəlmək üçün sənədləşmə ilə bağlı problem var idi. Məsələ artıq həllini tapıb və onlar da komandaya qoşulacaqlar. Fineo De Araujoun isə yüngül zədəsi var”.
Qeyd edək ki, oktyabrın 7-də Polşanı qəbul edəcək Azərbaycan millisi, 4 gün sonra Yunanıstanın qonağı olacaq.