İngiltərə Premyer Liqasının 9-cu turunun mərkəzi qarşılaşması Mançester derbisi ilə əlamətdar olub.

“Etihad” Stadionunda şəhərin iki komandası – “Mançester Siti” və “Mançester Yunayted” klubları üz-üzə gəliblər. Hesab 8-ci dəqiqədə açılıb. Fil Foden yaxın küncü dəqiq nişan alıb. İlk yarının ortalarında Erlinq Haland 3 dəqiqə ərzində 2 qol vurmaqla fərqi 3 topa çatdırıb. Qeyd edək ki, hər iki qolun məhsuldar ötürməsini Kevin de Brüyne edib. 44-cü dəqiqədə “şəhərlilər” 4-cü dəfə rəqibi mərkəzə dəvət edib. Fil Foden dulb müəllifi olub. Fasilədən sonra “qırmızı şeytanlar” buraxılan toplardan birinin əvəzini çıxıb. Antoninin zərbəsi qarşısıalınmaz olub. 64-cü dəqiqədə Haland het-trikini rəsmiləşdirib. Az sonra oyunda dubl edən Fil Foden də het-trik edərək hesabı rüsvayçı həddə çatdırıb. 6:1. Qarşılaşmanın sonlarında “Mançester Yunayted”in heyətindən Entoni Marsial dubl etsə də bu, komandasını məğlubiyyətdən qurtarmayıb: “Mançester Siti” – “Mançester Yunayted” 6:3.

Beləliklə, Pep Qvardiolanın komandası xallarının sayını 20-yə çatdıraraq ikinci pillədə qərarlaşıb. 12 xalı olan “Mançester Yunayted” 6-cı yerdədir. Çempionata 21 xalla “Arsenal” başçılıq edir.