Türkiyənin Bursa vilayətinin İznik bölgəsində 4-cü Dünya Köçəri Oyunlarına start verilib.
Yarışın açılış mərasimində əvvəlcə iştirakçı ölkələrin bayraqları və nümayəndə heyətlərinin paradı olub. Oyunlarda 102 ölkədən 3 mindən çox idmançı mübarizə aparır. Təmsilçilərimiz mötəbər yarışda milli idmanın 12 növündə qüvvələrini sınayacaqlar. Qeyd edək ki, ilk dəfə 2014-ci ildə Qırğızıstanda, İssık-kul gölü yaxınlığında təşkil olunan Dünya Köçəri oyunları, 2016 və 2018-ci ildə də burda keçirildi. 2 il əvvəl pandemiya səbəbindən təxirə salınan oyunlarının, indi Türkiyənin tarixi bölgəsində, İznik gölünün yanında keçirilməsinin xüsusi əhəmiyyəti var. Açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qırğızıstan prezidenti Sadır Japarov iştirak ediblər. Açılış mərasiminin rəsmi hissəsinin sonunda qığısıztanlı bir uşağın, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana oyunların rəmzi olan xususi bir qabda su verib. Daha sonra Türkiyə Prezidenti yarışların açılış mərasimində çıxış edib. Rəcəb Tayyib Ərdoğan dünya köçəri oyunlarının əhəmiyyətini xusisi vurğulayıb və belə yarışların xalqların adət ənənələrinə bağlılığını və tarixini gənc nəsillərə ötürməsində mühüm hadisə olduğunu dilə gətirib. Türkiyə cumhiriyyətinin başçısı oyunlarda idman mübarizəsi ilə yanaşı müxtılif xalqların sənətkarlarının əl işlərinin eləcə də bu xalqların mətbəxinin sərgilənəcəyini də bildirib. Çıxışın sonunda Rəcəb Tayyib Ərdoğan Dünya Köçəri oyunlarını açıq elan edib. Rəsmi hissədən sonra müxtəlif xalq müsiqilərinin müşayiəti ilə açılış mərasimin bədii hissəsi olub. Azarkeşlər və qonaqlar bir-birindən maraqlı musiqilər və çıxışlar izləyiblər. açılış mərasimi rəngarəng atəşfəşanlıqla sona çatıb.
Qeyd edək ki, 4-cü Dünya Köçəri Oyunları oktyabrın 3-nə qədər davam edəcək.