Gələn ildən etibarən Qazaxıstan da sürət yarışlarından birinə ev sahibliyi edəcək.

Söhbət MotoGP üzrə dünya çempionatından gedir. Asiya ölkəsi artıq MotoGP rəhbərliyi ilə 5 illik müqavilə imzalayıb. Yarışlar Almatı şəhərinin “Sokol” motodromunda keçiriləcək. Bununla da Qazaxıstan  MotoGP Qran-prisi təşkil edən 30-cu ölkə kimi tarixə düşəcək.