UEFA Millətlər Liqasında C divizionunun 4-cü qrupunda sonuncu oyunlar keçirilib. Gürcüstan millisi Cəbəllütariq səfərində uğur qazanıb. 19-cu dəqiqədə Xviça Kvaratsxeliya hesabı açıb. “Napoli”nin üzvü penaltini dəqiq yerinə yetirib. Fasilədən sonra fərq artıb. 48-ci dəqiqədə Georgi Tsitaişvili diqqət mərkəzinə düşüb. Cəbəllütariq futbolçuları qollardan yalnız 1-nin əvəzini çıxa biliblər. 75-ci dəqiqədə Lui Ennesli yekun nəticəni müəyyənləşdirib: Cəbəllütariq – Gürcüstan 1:2.

Şimali Makedoniya – Bolqarıstan oyununun taleyini 1 qol həll edib. 14-cü dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Todor Todoroski qırmızı vərəqə ilə cəzalanıb. Yeganə qol 50-ci dəqiqəyə təsadüf edib. Kiril Despotov qonaqlara qələbə qazandırıb. Gürcüstan millisi C divizionunun 3-cü qrupunda 16 xalla lider olaraq B divizionuna çıxıb. Bolqarıstan futbolçuları 9 xalla 2-ci, Şimali Makedoniya yığması 7 xalla 3-cü pilləni tutublar. 1 xalla sonuncu yeri turan Cəbəllütariq seçməsi D divizionuna yuvarlanıb.