"Liverpul"da ciddi itki

30 Noyabr, 14:40 Sosial mediada paylaşın:
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Napoli" ilə matçda (1:1) zədələnən "Liverpul"un futbolçusu Fabinyonun son durumu müəyyənləşib.
 
Tibbi müayinədən keçən braziliyalı yarımmüdafiəçinin ilin sonuna kimi oynamayacağı bildirilib.
 
Qeyd edək ki, Fabinyo "Napoli" ilə görüşün 18-ci dəqiqəsində zədələnərək Veynaldumla məcburi əvəzlənmişdi.
 
Əlavə edək ki, 26 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 13 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.

CANLI YAYIM