Asiyada ÇL-in qalibi müəyyənləşdi

27 Noyabr, 10:08 Sosial mediada paylaşın:
Asiya qitəsində keçirilən Çempionlar Liqasının qalibi bəlli olub.
 
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu iki oyundan ibarət olan finalda Yaponiyanın "Urava Red Daymonds" klubuna qalib gəlib - 1:0 və 2:0.
 
Bununla da komanda tarixində 3-cü dəfə ÇL-in qalibi olub.
 
"Əl-Hilal" klublararası dünya çempionatında iştirak edəcək.

CANLI YAYIM