Prezidentdən Faiq Qarayevlə bağlı sərəncam

17 Oktyabr, 17:07 Sosial mediada paylaşın:
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Faiq Qarayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  
 
Sərəncamla Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Faiq Əli oğlu Qarayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.    
 
Qeyd edək ki, Faiq Qarayev hazırda Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti vəzifəsində çalışır.