Tokio-2020: boksçumuz Cavid Çələbiyev mübarizəni dayandırıb

31 İyul, 11:00 Sosial mediada paylaşın:
Azərbaycan boksçusu Cavid Çələbiyev "Tokio-2020" Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. 63 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz 1/8 final mərhələsi çərçivəsində rəqibinə 1:4 hesabı ilə məğlub olan C.Çələbiyev Olimpiadanı medalsız başa vurub.
Boks millimizin digər üzvü Alfonso Dominges (81 kq) Olimpiadanın yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc medalı təmin edib. Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Belə ki, qadın cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) Tokio Olimpiadasında bürünc medala sahib olub. Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

CANLI YAYIM