"Real" son dəqiqələrdə məğlubiyyətdən qaçıb

28 Oktyabr, 12:12 Sosial mediada paylaşın:
UEFA çempionlar liqasında qrup mərhələsində 2-ci turun ilk oyunları keçirilib.
A qrupunda "Bavariya" Moskvada "Lokomotiv"in qonağı olub. Hesabı 13-cü dəqiqədə münhenlilər açıblar. Leon Qoretska qapını dəqiq nişan alıb. İlk hissə minimal hesabla yekunlaşıb. 70-ci dəqiqədə tarazlıq bərpa olunub. Ze Luişin ötürməsindən sonra Anton Mirancuk fərqlənib. Amma çox keçmədən "Bavariya" yenidən önə çıxıb. Yozua Kimmix hədəfdən yayınmayıb. Bu qol həm də yekun nəticəni müəyyənləşdirib:  Lokomotiv - Bavariya 1:2
A qrupunun digər oyununda Madrid "Atletiko"su "Zaltsburq"u qəbul edib. İlk hissədə komandalar hərəyə  1 dəfə fərqlənib. 29-cu dəqiqədə meydan sahiblərindən Markos Lyorente matçda ilk qolun müəllifi olub. Amma 40-cı dəqiqədə Dominik Soboslay hesabı bərabərləşdirib. Fasilədən sonra daha 3 qol vurulub.47-ci dəqiqədə "Atletiko"nun müdafiəçisi Felipe avtoqol müəllifi olub. Amma qalan vaxtda madridlilər dönüş edərək qələbə qazanıblar. Əvvəlcə 52-ci dəqiqədə Joau Feliks hesabı 2:2 edib. Portuqaliyalı hücumçu vaxtın başa çatmasına 5 dəqiqə qalmış dubl edərək "Atletiko"ya qələbə qazandırıb -  3:2. A qrupunda "Bavariya" 6 xalla liderdir. İlk qələbəsini qaznaan "Atletiko" 3 xalla 2-ci yerdədir. "Lokomotiv və "Zaltsburq" komandaları 1 xalla 3-cü, 4-cü yerlərdə gedirlər.
B qrupunda yenə gözlənilməz nəticələr qeydə alınıb. “El klassiko”da "Barselona"mı məğlub edən "Real" Çempionlar Liqasında yenə qalib gələ bilməyib. Kral klubu “Şaxtyor”a uduzandan sonra bu dəfə səfərdə Mönxenqladbax"Borussiya"sı ilə heç-heçə edib. Marko Tyuramın dublu meydan sahiblərinə böyük üstünlük qazandırıb. Fransalı hücumçu 33 və 58-ci dəqiqələedə fərqlənib. Hamı Mönhenqladbax futbolçularının qələbə qazanacağını gözləsə də, “Real” sona yaxın məğlubiyyətdən xilas olub. Vaxtın bitməsinə 3 dəqiqə qalmış Kərim Benzema fərqi minimuma endirib.2-ci hissəyə əlavə olunan 3-cü dəqiqədə isə Kazemiro rəqib qapısına yol taparaq mübarizəyə nöqtə qoyub – “Borussiya” M - Real 2:2.
İnter isə səfərdə Donetsk “Şaxtyor”unun muqavətini qıra bilməyib. Neradzurrinin üstünlüyü şəraitində keçən matçda hesab açılmayıb. Bu heç-heçədən sonra  xallarının sayını 4-ə çatdıran “Şaxtyor” hazırda B qrupunun lideridir. “Borussiya” və “İnter” 2 xalla 2-ci, 3-cü yerlərdədilər. Yalnız 1 xalı olan "Real" isə sonuncu - 4-cü sıradadır.

CANLI YAYIM