Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Ayxan Abbasovun başçılıq etdiyi kollektiv Bakıda Tacikistan yığması ilə qarşılaşıb.
"Palms Sports Arena"da oynanılan qarşılaşma yığmanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolu 58-ci dəqiqədə rəqibin qapıçısı Oleq Baklov vurub.
Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra UEFA Millətlər Liqasında Litva ilə evdə və səfərdə (27 sentyabr, 4 oktyabr), eləcə də Lixtenşteynlə Bakıda (1 oktyabr) üz-üzə gələcək.