İngiltərə Premyer Liqasında 13-cü tur Liverpulda başa çatıb.
Şəhərin eyni adlı komandası doğma arenda “Mançester Siti”ni qəbul edib. Bütün turnirlər nəzərə alınmaqla son 6 görüşünün 5-də uduzan Pep Qvardiolanın komandası yenə azarkeşlərini məyus edib. Artıq 12-ci dəqiqədə mersisaydlılar hesabı açıblar. Kodi Qakpo yerli azarkeşləri sevindirib. 1-ci hissə meydan sahiblərinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra “Liverpul” futbolçuları daha 1 qol vurublar. Məhəmməd Salah penaltini dəqiq yerinə yetirməklə yekun nəticəni müəyyənləşdirib: “Liverpul” – “Mançester Siti” 2:0. Ardıcıl 4-cü qələbəsini qazanan “Liverpul” 34 xalla Premyer Liqaya başçılıq edir. Lider ən yaxın izləyicisi “Arsenal”ı 9 xal qabaqlayır. Premyer Liqada ardıcıl 4-cü məğlubiyyəti ilə üzləşən “Mançester Siti” isə 23 xalla 5-ci yerdədir. Komanda ümumilikdə son 7 görüşün 6-da uduzmaqla diqqət çəkir.