"Qarabağ" ardıcıl 9-cu oyunda da "Neftçi"yə qalib gəldi

2 Dekabr, 12:00 Sosial mediada paylaşın:
Azərbaycan çempionatında 15-ci tur “Neftçi” – “Qarabağ” oyunu ilə başa çatıb.
Buna kimi ardıcıl 8 görüşdə rəqibinə qalib gələn və son 5 qarşılaşmada ən azı 3 top fərqilə paytaxt klubundan üstün olan Ağdam komandası yenə böyükhesablı qələbələr seriyasını davam etdirib. Hesabı 27-ci dəqiqədə Leandro Andrade açıb. Fasiləyə minimal hesablı üstünlüklə yollanan qonaqlar 2-ci hissədə daha 2 qol vurublar. Əvvəlcə Nəriman Axundzadə qapını dəqiq nişan alıb. Ardınca isə dubl edən Leandro Andrade yekun nəticəni müəyyənləşdirib - 3:0. Beləliklə Qarabağ bütün turnirlər nəzərə alınmaqla, ardıcıl 9-cu oyunda da “Neftçi”yə qalib gəlib. Son 6 qarşılaşmada isə Qurban Qurbanovun komandası rəqibini böyükhesabla məğlub edib. Ehtiyatda 1 oyunu olan “Qarabağ” 37 xalla turnir cədvəlinə başçılıq edir. Lideri 1 xal geri qalan “Araz Naxçıvan” izləyir. İlk 3-lüyü 27 xalla “Turan Tovuz” tamamlayır. 15 turun 6-da uduzan “Neftçi” isə 13 xalla 8-ci yerdə qərarlaşıb. Paytaxt klubu yarış cədvəlində yalnız “Kəpəz” və “Səbail”i qabaqlayır.

CANLI YAYIM