İqa Şvöntek dopinq qəbul edib

29 Noyabr, 13:00 Sosial mediada paylaşın:
“Böyük Dəbilqə” seriyalı turnirlərin 5 qat qalibi İqa Şvöntek dopinq qəbul edib. Bu barədə Peşəkar Tennis Etikası üzrə Beynəlxaq Agentlik məlumat verib. Açıqlamada bildirilir ki, WTA reytinqində 2-ci pillədə qərarlaşan polşalı tennisçi bu ilin avqustun 12-də dopinq-testdən keçib. Nəticədə onun orqanizmindən qadağan olunmuş trimetazilin maddəsi tapılıb. Araşdırmalar nəticəsində məlum olub ki, Şvöntek yuxusuzluqdan əziyyət çəkdiyinə görə melatonin həblərindən istifadə edib.  Bu da idmançını 2 həftə ərzində fiziki cəhətdən daha da güclü edir.  Həmin ərəfədə də WADA Şvöntekə sentyabrın 12-dən oktyabrın 4-nə qədər Seul, Pekin və Uxan şəhərlərində keçirilən turnirlərdə iştiraka qadağa qoyub.  Həmin yarışların keçirildiyi tarixləri də nəzərə almaqla, Şvöntek 1 ay müddətinə diskvalifikasiya olunub. Bu da o deməkdir ki, İqanın cəza müddəti dekabrın 4-də başa çatacaq.

CANLI YAYIM