UEFA Çempionlar Liqasında maraqla gözlənilən oyunlardan biri İngiltərədə keçirilib. “Liverpul” “Enfild”də “Real Madrid”lə qarşılaşıb. İlk bölümdə qapılara qol vurulmayıb. Hesab 52-ci dəqiqədə açılıb. Aleksis Makalister fərqlənib. Az sonra meydan sahiblərinin qapısına penalti təyin olunub. Lakin Kilian Mbappenin zərbəsini qapıçı Kuivin Kelleher qaytarıb. 70-ci dəqiqədə “Liverpul” futbolçuları penaltidən fərqlənmək imkanı qazanıblar. Bu dəfə isə Məhəmməd Salah hədəfdən yayınıb. Oyunda yekun nəcitəni Kodi Qakpo müəyyənləşdirib: “Liverpul” – “Real Madrid” 2:0. 5 turdan sonra maksimum nəticə ilə irəliləyən mersisaydlılar yarış cədvəlində liderdir. Yeni formatlı turnirdə 3-cü məğlubiyyəti ilə üzləşən “Real” isə 6 xalla 24-cü sırada qərarlaşıb.
“Borussiya Dortmund” səfərdə “Dinamo Zaqreb”lə qarşılaşıb. Fasilə ərəfəsində Ceymi Qittens fərqlənməklə qonaqları hesabda önə keçirib. 56-cı dəqiqədə Remi Bensebaini 2-ci topu Xorvatiya təmsilçisinin qapısından keçirib. Bu qoldan sonra üstünlüyünü davam etdirən dortmunlular 90 dəqiqənin tamamında daha bir qol vurublar. Seru Qirasi yekun nəticəni müəyyənləşdirib: “Dinamo Zaqreb” – “Borussiya Dortmund” 0:3. Bu qələbə ilə Almaniya klubu xalların sayını 12-yə çatdırmaqla 4-cü pilləyə yüksəlib. “Dinamo Zaqreb”in hesabında 7 xal var.
“Aston Villa” – “Yuventus” oyununda hesab açılmayıb. PSV “Şaxtyor Donetsk”i 3:2 hesabilə məğlub edib. “Benfika” isə səfərdə “Monako”dan eyni hesabla üstün olub. “Lill” “Bolonya”nı 2-1 hesabilə məğlub edib. “Seltik” “Brügge” görüşündə isə 1:1 hesabı qeydə alınıb.