UEFA Çempionlar Liqasında 5-ci turun mərkəzi qarşılaşmalarından biri Münxendə olub. Yerli “Bayern” “Pari Sen Jermen”i qəbul edib. Qarşılaşmada hesab ilk yarının sonlarına yazın açılıb. Meydan sahiblərinin heyətində Kim Min Ce fərqlənib. Fasilədən sonra “Pari Sen Jermen” daha bir zərbə alıb. Usman Dembele qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub. Görüşün qalan vaxtında isə hesab dəyişməyib və matç “Bayern”in 1:0 hesablı qələbəsilə yekunalaşıb.
“Bayer” isə “Zalsburq”un qapısınadan 5 cavabsız top keçib. Oyuna sürətli hücumlarla başlayan Leverkuzen futbolçularının qol vurmaq cəhdləri 8-ci dəqiqədə nəticəsini verib. Florian Virç penaltini dəqiq yerinə yetirib. 3 dəqiqə sonra Alexandro Qrimaldo diqqət mərkəzinə düşüb. Yarım saatın tamamında dubl edən Virç hesabı 3-0-a çatdırıb. Fasilədən sonra da üstün oyun nümayiş etdirən meydan sahiblərinin heyətində Patrik Şik 4-cü qolun müəllifi olub. Matçda yekun hesabı Aleş Qarsiya müəyyənləşdirib – 5:0.