UEFA Çempionlar Liqasında İspaniya komandalarından “Atletiko” Madrid səfərdə “Sparta” Praqanın qonağı olub.
Turnirin əvvəlində uğursuzluğa düçar olaraq aşağı pillələrdə qərarlaşan “matraxçılar” vəziyyətini düzəltməkdə davam edir. İlk hissədə iki qol vurulub. 15-ci dəqiqədə Xulian Alvarez hesabı açıb. Fasilə ərəfəsində isə Markus Lorente fərqi iki topa çatdırıb. İkinci hissədə Markus Lorente dublunu rəsmiləşdirib. Saatın tamamında meydana daxil olan Antuan Qrizman etimadı doğruldub. Qarşılaşmanın sonlarında isə baş məşqçi Dieqo Simeone bu dəfə Anxel Korreaya fürsət verib. 29 yaşlı yarımmüdafiəçi ardıcıl iki qolla azarkeşləri sevindirərək mübarizəyə nöqtə qoyub. “Sparta” Praqa – “Atletiko” Madrid 0:6.
İspaniya təmsilçilərindən “Barselona” da tapısını toxunulmaz saxlayaraq qələbə qazanıb. Kataloniyalılar “Luis Kompanis” Stadionunda “Brest” ilə üz-üzə gəlib. 10-cu dəqiqədə Robert Levandovski hesabı açıb. Təcrübəli forvard penaltini dəqiq yerinə yetirib. Fasilədən sonra Xerard Martinin ötürməsindən sonra Dani Olmo qonaqları növbəti dəfə mərkəzə dəvət edib. Görüşün sonlarında yenə də Levandovski diqqət mərkəzinə düşüb. Polşalı forvard Alexandro Baldenin ötürmsəini qolla tamamlayıb. “Barselona” – “Brest” 3:0.