ÇempionlarLiqasının 5-ci turundaİngiltərənin “Arsenal” klubu Portuqaliya səfərində 3 xalqazanıb.
“Sportinq”lə keçirilən görüş “topçular”ın böyükhesablı qələbəsi ilə yekunlaşıb. Matçın 7-ci dəqiqəsində Qabriel Martinelli komandasını hesabda önə çıxarıb. 22-ci dəqiqədə isə Kay Haverts Bukayo Sakanın ötürdüyü topu boş qapıya göndərib. London təmsilçisinin növbəti qolunun müəllifi isə Qabriel olub. Braziliyalı müdafiəçi ilk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə yerinə yetirilən künc zərbəsi zamanı başla dəqiq oynayıb. İkinci yarının ilk dəqiqələrində meydan sahibləri fərqlənib. Künc zərbəsindən sonra Qonsalo İnasio fərqlənməyi bacarıb. Qollar bununla da bitməyib. “Arsenal”ın kapitanı Martin Odeqardın rəqib cərimə meydançası daxilində yıxılması qonaqlara penalti qazandırıb. Topa yaxınlaşan Bukayo Saka 4-cü qolun müəllifi olub. Oyunda son nöqtəni isə 82-ci dəqiqədə Leandro Trossard qoyub. Beləliklə, “Arsenal” səfər görüşündə 5:1 hesablı qələbə qazanıb. Bu oyundan sonra hər iki komandanın aktivində 10 xal var.
Digər İngiltərə təmsilçisi “Mançester Siti” doğma azarkeşlər önündə “Feyenoord” səddini keçə bilməyib. Hesab 44-cü dəqiqədə açılıb. Erlinq Haaland on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İlk hissəni qələbə ilə başa vuran “şəhərlilər” ikinci 45 dəqiqəyə də aktiv başlayıblar. 50-ci dəqiqədə İlkay Gündoğan fərqlənib. 3 dəqiqə sonra isə Haaland dublunu rəsmiləşdirib. Oyunun qalan hissəsi isə Niderland təmsilçisi üçün uğurlu olub. 75-ci dəqiqədə Anis Mussa hesab arasındakı fərqi azaldıb. 7 dəqiqə sonra “Feyenoord”un meksikalı forvardı Santiyaqo Tomas Ximenes komandasının ikinci qolunu vurub. Matçın yekun hesabını isə 89-cu dəqiqədə David Qansko müəyyənləşdirib. Slovakiyalı müdafiəçinin vurduğu qol Niderland klubuna səfərdə bir xal qazandırıb – 3:3.