"Bayern" liderliyini möhkəmlətdi

23 Noyabr, 13:00 Sosial mediada paylaşın:
Almaniya Bundesliqasında 11-ci tura start verilib.
“Bayern Münxen” doğma meydanda “Auqsburq”la qarşılaşıb. İlk yarıda qapılara qol vurulmayıb. 63-cü dəqiqədə qonaqların qapısına penalti təyin olunub. Harri Keyn qapını dəqiq nişan alıb. 2-ci hissəyə artırılan 3-cü dəqiqədə “Auqsburq”un qapısına növbəti penalti təyin olunub. Bu dəfə də  Harri Keyn fürsəti qaçırmayıb. Az sonra ingilis hücumçu het-trik etməklə yekun nəcitəni müəyyənləşdirib: “Bayern” – “Auqsburq” 3:0. Münxen klubu 29 xalla yarış cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyicisi “Leypsiq”i 8 xal qabaqlayır. “Auqsburq”un hesabında isə 8 xal var.

CANLI YAYIM