Azərbaycan çempionatında 14-cü tur başlanıb.
Tovuzda keçirilən açılış oyununda “Kəpəz” və “Araz Naxçıvan” üz-üzə gəlib. Son 3 turda qalib gələn Naxçıvan komandası seriyanı davam etdirib. 25-ci dəqiqədə Felipe Santos hesabı açıb. Qalan vaxtda üstünlüyünü qoruyan qonaqlar 2-ci hissədə daha 1 qol vurublar. Bernardu Dias fərqlənib: “Kəpəz” – “Araz Naxçıvan” 0:2. Beləliklə ardıcıl 4-cü matçında da qalib gələn “Araz Naxçıvan” “Qarabağ”ı 2 xal geridə qoyaraq 33 xalla liderliyə yüksəlib. Qeyd edək ki, “Qarabağ” 14-cü turda “Səbail”in qonağı olacaq. 14 tura 7 xal toplaya bilən “Kəpəz” çempionatın autsayderidir.