Bakıda keçirilən COP29 tədbirində iştirak edən tanınmış idman xadimləri paytaxtımızdan xoş təəssüratlarla ayrılır.
İspaniya təmsilçisi “Barselona” 137 milyonluq rəsmi instaqram hesabında klub prezidenti Xuan Laportanın Bakıya səfəri ilə bağlı video paylaşım edib. Futbol funksionerinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində paytaxtımızda keçirdiyi görüşlərin yer aldığı görüntülər yayımlanıb.