Cüdoçularımız Abu-Dabidə daha iki medal qazanıb

14 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
Abu Dabi qran-prisinin sonuncu günündə Azərbaycanın 4 idmançısı tatami üzərinə çıxıb.
Onlardan ikisi medal qazanıb. 90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev mübarizəyə ikinci mərhələdən start verib. Luka Babutsidzeyə (Gürcüstan) qalib gələn cüdoçunuz 1/4 finalda Ciovani Ferreyradan (Braziliya) güclü olub. Finala gedən yolda Murad Yesper Sminkə uduzub. O, bürünc uğrunda Peter Safrani ilə güləşib. Qələbə qazanan Fətiyev yarışı bürünc medulla başa vurub. 100 kq-da yarışan O, Esleken Kedo (Filippin) ilə görüşdə qalib gəlib. Uşanqinin növbəti rəqibi serbiyalı İqor Vrançar olub. Bu görüşü də qələbə ilə başa vuran təmsilçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Yelle Snippeyə (Niderland) qalib gələn Kokauru finalda rusiyalı Valeri Endotovskiy (AİN) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb və cüdoçumuz gümüş medalla kifayətlənib. Qeyd edək ki, həmin gün mübarizəyə qoşulan Musa Hüseynli ilə İmran Yusifov ilkin mərhələdə məğlub olaraq turniri mükafatsız başa vurublar. Qeyd edək ki, turnirin ilk 2 günündə Zelim Tçkayev (81 kq) qızıl, Açelya Toprak (57kq) isə bürünc medal qazanıb.

CANLI YAYIM