"Formula 1" pilotu: "Bakı ən sevdiyim treklərdən biridir"

11 Sentyabr, 11:17 Sosial mediada paylaşın:
Keçən il Bakıda uğurlu çıxış etdim. Bura həqiqətən ən çox sevdiyim treklərdən biridir. "Gpblog" nəşri xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Oliver Berman həftəsonu təşkil olunacaq Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib. Paytaxtımızdakı yarışda Kevin Maqnusseni əvəzləyəcək 19 yaşlı britaniyalı sürücü "Formula 1"də mübarizə aparacağı üçün həyəcanlı olduğunu söyləyib. O, Bakıdakı trekin çətin olduğunu da vurğulayıb. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq. Oliver Berman 2023-cü ildə ölkəmizdə gerçəkləşən "Formula 2" yarışının qalibi olub.

CANLI YAYIM