Novak Cokoviç ABŞ Açıq çempionatında yubiley qələbəsini qazanıb

29 Avqust, 10:15 Sosial mediada paylaşın:
Serbiyalı məşhur tennisçi Novak Cokoviç ABŞ Açıq çempionatında növbəti oyununu keçirib.
Təcrübəli idmançı II turda həmyerlisi Laslo Dyere ilə üz-üzə gəlib.
Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (6:4, 6:4).
Beləliklə, o ABŞ Açıq çempionatında 90-cı qələbəsini əldə edib. O, bütün Böyük Dəbilqə yarışlarında 90 qalibiyyət qazanan yeganə tennisçidir.

CANLI YAYIM