Sabah Şəriəti Olimpiadanı medalsız başa vurdu

7 Avqust, 12:00 Sosial mediada paylaşın:
Azərbaycanın Yunan-Roma güləşi üzrə milli komandasının üzvü Sabah Şəriəti bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında sonuncu görüşünə çıxıb.
 130 kq. çəki dərəcəsində yarışan Sabah Şəriəti bu gün bürünc medal uğrunda güləşib. O, İran İslam Respublikasını təmsil edən Amin Mirzəzadə ilə qarşılaşıb. Sabah Şəriəti uduzaraq (0:4) medalsız qalıb.
A.Mirzəzadə ikiqat Asiya (2020, 2023) və bir dəfə dünya çempionudur (2023).
Şəriəti isə Olimpiya Oyunlarının (2016) bürünc mükafatçısıdır, O, Avropa çempionatında isə (2023) gümüş medal qazanıb.

CANLI YAYIM