Rassellin nəticəsi ləğv edildi, Hemilton qalib elan olundu

29 İyul, 12:05 Sosial mediada paylaşın:
İdman TV vasitəsilə yayımlanan Formula 1 üzrə mövsümün 14-cü mərhələsinə yekun vurulub.
Belçikanın Spa avtodromunda keçirilən final mərhələsində sürət həvəskarları maraqlı mübarizənin şahidi olub. Yarışa 3-cü sıradan başlayan “Mersedes” pilotu Lüis Hemilton 3-cü dövrədə “Ferrari” sürücüsü Şarl Lekleri geridə qoyaraq liderliyə yüksəlib. Yarışın sonlarına yaxın Lüisin komanda yoldaşı Corc Rassell önə keçib və nəticədə britaniyalı pilot sona qədər üstünlüyünü qoruyub. Buna baxmayaraq, Rassell qalib elan olunmayıb. Yarış başa çatdıqdan sonra Corcun bolidinin normadan 1,5 kq artıq olduğu müəyyənləşib. Beləliklə də, “Mersedes”in gənc pilotunun nəticəsi ləğv olunub. Nəticədə Lüis Hemilton yarışın qalibi adını qazanıb. “Maklaren”in avstraliyalı üzvü Lando Norris 2-ci olub “Ferrari”dən Şarl Lekler isə 3-cü yerlə kifayətlənib. Bir gün əvvəl təsnifat mərhələsinin qalibi olmasına baxmayaraq, cəzalanması səbəbindən 11-ci yerə yuvarlanan “Red Bull” pilotu Maks Ferstappen isə finiş xəttini 4-cü keçib. Buna baxmayaraq, 3 qat dünya çempionu şəxsi birincilikdə 277 xalla liderliyin qoruyub. Ondan 78 xal geridə qalan Lando Norris 2-ci sırada qərarlaşıb. Şarl Lekler isə 177 xalla 3-cü sıradadır. Mühəndislər Kubokuna da 408 xalla “Red Bull” başçılıq edir. 2-ci sırada qərarlaşan “Maklaren”in 366, 3-cü yeri tutan “Ferrari”nin 345 xalı var. Növbəti yarış avqustun 25-də Niderlandda keçiriləcək.

CANLI YAYIM